Dövlət Vergi Xidməti (DVX) “Dongfang Electric Az Limited” MMC-ni qeydiyyata alıb.
Eləcə də bax: Sumqayıtda nizamnamə kapitalı 4 milyon manatdan çox olan şirkət - YARADILIB
FED.az xəbər verir ki, bu barədə DVX-dən məlumat verilib.
2022-ci il mayın 18-də qeydiyyata alınmış şirkətin nizamnamə kapitalı $200 mindir. Cəmiyyətin qanuni təmsilçisi Hianq Vanqdır (Çin vətəndaşı).
Bundan başqa, Dövlət Xidməti “East Europe Real Estate” MMC-ni 200 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb. Cəmiyyətin qanuni təmsilçisi Əhməd Ənsari Gül Məhəmməddir (Pakistan vətəndaşı). Şirkət 2022-ci il mayın 19-da qeydiyyata alınıb.
DVX 2022-ci il mayın 27-də “Turkan Holding” MMC-ni 60 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb. Cəmiyyətin qanuni təmsilçisi İrşad Pallikujidir (Hindistan).
Daha bir şirkət – “MK STRATEGİC CONSULTANCY” isə 2022-ci il mayın 26-da qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 100 min manat, qanuni təmsilçisi Adnan Sadıxovdur.
2022-ci il mayın 26-da nizamnamə kapitalı $60 min olan “Evolog Azеrbaycan” MMC də qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Paşa Paşayevdir. (İnterfaks)