“Fin-Plast 1” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verilərək “Fin-Plast İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulub.
Eləcə də bax: Azərbaycanda - 10 Şirkət Birləşir
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Fin-Plast İnternational” Məhdud Məsuliyyətli Cəmiyyəti “Fin-Plast 1” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.
Qeyd edək ki, “Fin-Plast İnternational” şirkəti 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 813 010 manatdır və qanuni təmsilçisi Fizuli Əlizadədir. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 6 MKR, ev 35B, m. 6-dır.