“Oriyad balıq” ASC və “Neftçala balıq-əmtəə” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: Konserv şirkətinin səhmdarları toplaşır - YENİ SƏDR SEÇİLƏCƏK
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə səhmdarın cəmiyyətdən ayrılması barədə və yeni hüquqi şəxsin yaradılması, səhmdar cəmiyyətin nizamnamə kapitalının azaldılması və nizamnaməyə edilmiş dəyişikliklərin təsdiqi, yeni yaranmış MMC-nin nizamnaməsinin, bölünmə balansının və təhvil aktının təsdiqi, dəyişikliklərlə əlaqədar sənədlərin hazırlanması, imzalanması və bütün bu işlərlə bağlı səlahiyyətli şəxslərin təyin edilməsi daxildir.
Xatırladaq ki, hər iki şirkətin səhmdarlarının toplantısı 11 mart 2020-ci il tarixindədir. “Neftçala balıq-əmtəə” ASC-nin yığıncağı saat 10.00-da, “Oriyad balıq” ASC-nin yığıncağı saat 12.00-da Neftçala şəhər mədəniyyət evində (Neftçala şəhəri, Heydər Əliyev prospekti17) keçiriləcəkdir.
Səhmdarlar ümumi yığıncaqda şəxsən və ya etibarnamə əsasında nümayəndə vasitəsilə iştirak edə bilərlər. Səhmdarların ümumi yığıncağında şəxsiyyəti təsdiq edən sənədlə iştirakı vacibdir.Ümumi yığıncağın materialları ilə tanış olmaq üçün idarə heyətinə müraciət etmək olar.