"Eco Cars Azerbaijan" MMC nizamnamə kapitalını azaltdığını elan edir.
FED.az xəbər verir ki, şirkətin nizamnamə kapitalını azaldılaraq 100 (yüz) manata endirilir.
Buna qədər isə şirkət 190 min manatlıq nizamnamə kapitalına malik idi.
Qeyd edək ki, "Eco Cars Azerbaijan" MMC bu ilin oktyabrda dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Rəhmətova Şəbnəm İbrahiməjdər qızıdır.