Azərbaycanın məşhur qida məhsulları istehsalçısı olan «Səba» ASC-nin səhmdarlarının növbədənkənar iclası keçiriləcək. FED.az xəbər verir ki, 23 avqust-da saat 15.00-də keçiriləcək səhmdarlarının növbədənkənar ümumi yığıncağında “Səba” ASC-nin 5-ci redaksiya nizamnaməsində dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul olunması və Səhmdar cəmiyyətin müşahidə şurası barədə məsələlələr müzakirə olunacaq.
Eləcə də bax: «Pencəyimi də satmalı olsam, maaşları ləngitmərəm» - AZƏRBAYCANDA HOLDİNQ SAHİBİ
Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, onlar ümumi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə dair təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər barədə müvafiq sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq hüququna malikdirlər.
Eləcə də bax: Azərbaycanda «halal» toyuqların satışı başlayır – YENİLİK
Xatırladaq ki, Dəvəçi Quşçuluq Fabrikinin bazasında yaradılmış «Səba ASC» ölkənin ən böyük toyuq əti, o cümlədən halal toyuq əti, süd və yem məhsulları istehsalçısılarından biridir. Hazırda şirkətin DƏvəçidən başqa, Biləsuvarda da istehsalı var.
«Səba»nın quş əti və süd məhsullarının saxlanması üçün Xırdalanda tutumu 2 000 ton olan soyuducu quraşdırılıb. Hər gün təxminən 96 maşın Səba-nın dondurulmuş və təzə məhsullarını Xırdalanda yerləşən mal anbarından 1600-dən artıq market, otel, kafe və restorana çatdırır.