"Fdi İnternational" Qapali Səhmdar Cəmiyyəti təşkilati-hüquqi formasını dəyişir.
FED.az xəbər verir ki, QSC mənzil-tikinti kooperativinə çevrildiyini elan edir.
Bundan başqa MTK-ya çevrilən QSC yenidən təşkil edilməklə hər birinin nominal dəyəri 10 (on) manat olan 200 (iki yüz) ədəd adi, adlı, sənədsiz səhmi dövriyyədən çıxarılır. Dövriyyədən çıxarılacaq səhmlərin ümumi dəyəri 2 min manat təşkil edir.
Qeyd edək ki, "Fdi İnternational” 2006-cı ilin aprel ayında dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Məhərrəmov Ramil Ələsgər oğludur.
Nizamnamə kapitalı 2000 manat təşkil edir.