Azərbaycanda 16–29 yaşlə gənclərə təqdim etdikləri innovativ (startap) layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublkasnın Gənclər Fondunun vəsaiti (qrantlar istisna olmaqla) hesabına müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsilə güzəştli kreditlərin ayrılması proseduru müəyyənləşib.
Fed.az-ın məlunatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin fəranı ilə bu gün təsdiqlənən "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitərindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlər verilməsi Qaydası"nda əksinin tapıb.
Fondun vəsaitindən gənclərə güzəştli kreditlərin verilməsi Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziya verdiyi və Şuranın müəyyən etdiyi meyarlara uyğun olan müvəkkil kredit təşkilatı vasitəsilə həyata keçiriləcək. Gənclərə güzəştli kreditlər müvəkkil kredit təşkilatının öz adından və öz riskləri hesabına veriləcək. Müvəkkil kredit təşkilatı 10 bank günündən gec olmayaraq, öz biznes maraqlarına və innovativ (startap) layihələrinin tərtib olunmasına dair minimal tələblərə və qiymətləndirmə meyarlarına əsaslanaraq, təqdim olunmuş layihələri təhlil edərək müsbət qiymətləndirdiyi layihələrə dair məlumatları və sənədləri Fonda təqdim edəcək. Güzəştli kredit almaq üçün təqdim olunmuş layihə mənfi qiymətləndirildiyi halda, müvəkkil kredit təşkilatı həmin layihəni təqdim etmiş şəxsə 3 bank günü müddətində əsaslandırılmış imtina məktubu təqdim etməlidir.
Fond 10 bank günü müddətində Fondun vəsaiti hesabına maliyyələşdirilmək üçün təqdim olunmuş layihələri ekspertizadan keçirəcək və Şuranın müəyyən etdiyi qaydada müvəkkil kredit təşkilatlarının təqdim etdiyi layihələrin ilkin monitorinqini həyata keçirəcək. Müvəkkil kredit təşkilatı müraciətin təmin olunması barədə Fondun müsbət qərarına əsasən gənclərə güzəştli kreditin ayrılmasına dair qərar qəbul edəcək. Güzəştli kredit almaq üçün müraciət etmiş şəxslə kredit müqaviləsi bağlandıqdan sonra müvəkkil kredit təşkilatı kredit vəsaitinin ayrılması barədə Fonda sifariş göndərir və Fond 3 bank günü ərzində vəsaitin müvəkkil kredit təşkilatına ayrılmasını təmin edəcək. Fondun ayırdığı vəsait müvəkkil kredit təşkilatının müxbir hesabına daxil olduqdan sonra kredit təşkilatı 2 bank günü ərzində vəsaiti güzəştli kredit almaq üçün müraciət etmiş şəxsin hesabına köçürəcək və bu barədə Fonda və həmin şəxsə məlumat verəcək.
Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit vəsaiti veriləcək:
- 1 000 manatdan 10 000 manatadək - kiçikhəcmli kreditlər;
- 10 001 manatdan 25 000 manatadək - ortahəcmli kreditlər;
- 25 001 manatdan 50 000 manatadək - böyükhəcmli kreditlər.
Fondun güzəştli kreditlərinin müddətləri aşağıdakı kimi müəyyən ediləcək: - kiçikhəcmli kreditlər üçün - 1 ilədək; - ortahəcmli kreditlər üçün - 3 ilədək; - böyükhəcmli kreditlər üçün - 5 ilədək. Fondun kreditlərinin illik faiz dərəcəsi 1 faiz müəyyən ediləcək. Müvəkkil kredit təşkilatının Fondun kreditlərinə tətbiq etdiyi illik faiz dərəcəsi 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə güzəştli kreditlərin illik faiz dərəcəsi 5 faizədək müəyyən ediləcək.
Azərbaycanda 16-29 yaşlılara güzəştli kredit veriləcək - YENİLİK - ŞƏRTLƏR
20:48
29 Avq 2018