Azərbaycanda iri şirkət nizamnamə kapitalını 20 milyon dəfə azaldıb.
Azərbaycanda daha bir şirkət səhmdarlarına - DİVİDEND ÖDƏYƏCƏK
FED.az xəbər verir ki, “MONTE İNVESTMENTS” MMC-nin (VÖEN: 1806042091) təsisçilərinin ümumi yığıncağının qərarı ilə 06.03.2023-cü il tarixdə Cəmiyyətin nizamnamə kapitalı 12 milyon 340 min avro məbləğindən 10 manat məbləğinə azaldılması qərara alınıb.
Bununla bağlı olaraq, “MONTE İNVESTMENTS” MMC-nin kreditorları məlumatın dərc edildiyi gündən 30 gün ərzində öz tələblərini AZ1025, Bakı şəhəri, Xətai rayonu, “8 Noyabr” prospekti 15, Azure Business Center, mərtəbə 15, ofis 98 ünvanında həftənin iş günləri, Bazar ertəsindən Cüməyədək, saat 10:00-dan 18:00-dək irəli sürə bilərlər.