Azərbaycanda 10 manat sərmayə ilə 2 yeni lizinq şirkəti yaradılıb.
FED.az xəbər verir ki, həmin şirkətlərdən biri "Spac Leasing" MMC-dir (VÖEN: 2009011921).
Lizinq şirkəti 28 yanvar 2025-ci il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Əliyev Haşım Ramiz oğludur.
Hüquqi ünvanı AZ1018, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, GƏNCƏ PR. ev.61 m.107 ünvanıdır.
Eyni sərmayə ilə yaradılmış digər lizinq şirkəti "Profi Lizinq" MMC-dir. Şirkət 7 fevral 2025-ci il tarixində dövlət qeydiyyatına alınıb.Qanuni təmsilçisi Musayev Nəsimi Kamran oğludur.
Hüquqi ünvanı: AZ2000, GƏNCƏ ŞƏHƏRİ, ATATÜRK ev.253 A ünvanıdır.