İyunun 30-da «SAVALAN» ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, iclasda ənənəvi olaraq «SAVALAN» ASC-nin 2021-ci il üzrə maliyyə hesabatının müzakirəsi ilə yanaşı, müəssisə üçün vaxib iki məsələ müzakirə ediləcək. Bunlar «SAVALAN» ASC-nin xüsusi əhəmiyyətli müqailənin (kredit və (və ya) ipoteka müqaviləsinin) bağlanması, eləcə də «SAVALAN» ASC-nin fəaliyyətinin qiymətləndirilməsi və onun davam etdirilməsinin səmərəliliyidir.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatlarla (materiallarla) Bakı şəhəri, Nizami rayonu, Keşlə Şəhər Tipli Qəsəbə, 1-ci Önünə küçəsi 19 nömrəli ünvanda iş vaxtı tanış olmaq mümkündür.
Əlaqə telefonu- (050) 207- 66-80. Səhmdarlar ümumi yığıncaqda iştirak etmək üçün şəxsiyyətlərini təsdiqləyən sənədi, onların nümayəndələri isə öz şəxsiyyətlərini təsdiq edən sənədlə birlikdə notarial qaydada təsdiq olunmuş etibarnaməni təqdim etməlidirlər.