Bu ilin yanvar-noyabr aylarında xaricdən Azərbaycana ümumilikdə 332 milyon 368 min dollar dəyərində 12 min 749 ədəd hibrid avtomobilləri gətirilib.
FED.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan hibrid avtomobillərin sayı 21,6% və ya 2 min 266 ədəd, dəyəri isə baxımından 2,5 dəfə və ya 197 milyon 763 min dollar artıb.
2022-ci ilin müvafiq dövründə Azərbaycana 134 milyon 604 min dollar dəyərində 10 min 483 ədəd hibrid avtomobilləri idxal edilib.
Bu dövrdə 1 ədəd hibrid avtomobillərin idxal qiyməti 26 min 70 dollar, ötən ilin eyni dövründə isə 12 min 840 dollar olub. İdxal qiyməti son bir il ərzində 13 230 dollar, yəni 2 dəfə artıb.