İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2018-ci ilin yanvar-iyul aylarında aid “İxrac İcmalı”nda qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlayıb.
FED.az Mərkəzə istinadən xəbər verir ki, 7 ayda qeyri-neft məhsullarının ixracı ilə məşğul olan ixracatçı subyektlərin siyahısında ilk yeri 59,8 milyon dollarla “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tutur. İxrac məhsullarının həcminə görə ikinci olan "Kapitan Fruits" MMC 44 milyon dollar, üçüncü şirkət "MKT İstehsalat Kommersiya" MMC isə 39,9 milyon dollar məbləğində mal satıb.
İlk onluqda fiziki şəxs də var. Yanvar-iyul aylarında İsgəndərov Sahib Səməd oğlu 15 milyon dollarlıq məhsul ixrac edib.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən və 1 milyon ABŞ dollarından çox ixrac həyata keçirən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Bu siyahıda ikinci yerdə "Det-al Alüminium" MMC, üçüncü "Azərenerji" ATSC-dir.
Siyahıda 4-cü olan "Azergold" QSC-nin ixrac həcmi isə təxminən 2,8 azalaraq 17 milyon dollara düşüb. Qeyd edək ki, ötən ilin 7 ayında bu göstərici 48 milyon dollar təşkil edib.
Azərbaycana valyuta gətirən şirkətlərin - SİYAHISI
22:29
3 Sen 2018