Bu ilin yanvar-avqust aylarında Azərbaycana 75,427 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
Dövlət Gömrük Komitəsindən (DGK) FED.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,321 milyon dollar və yaxud 14% azdır.
Eləcə də bax: Azərbaycanda əhalinin spirtli içkilərə və siqaretə nə qədər - PUL XƏRCLƏDİYİ AÇIQLANIB
Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8%-ni təşkil edib.
8 ay ərzində Azərbaycandan 9,979 milyon dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 2,86 milyon dollar və yaxud 40,2% çoxdur.
Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,1%-nə bərabər olub.
Report