Biznes

Azərbaycana kondisioner idxalı 28% artıb

Azərbaycana kondisioner idxalı 28% artıb | FED.az
15:17 19 İyul 2018

2018-ci ilin yanvar-may aylarında Azərbaycana kondisioner idxalı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,5% - 49,756 min ədədə qədər artıb. FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $12 mln. 637,2 min məbləğində qiymətləndirilir (2017-ci ilin yanvar-may ayları ilə müqayisədə artım 57%)”, - deyə məlumatda bildirilir.

Yanvar-may aylarında Azərbaycana $23 mln. 624 min (azalma 21,5%) dəyərində 137,5 min ədəd (azalma 2,3%) hesablama maşını, blok və qurğusu idxal olunub.

Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 55,6% - 71,401 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $12 mln. 767 min (artım 64,5%) təşkil edir.

İnterfaks-Azərbaycan

Digər xəbərlər