İsrail şirkətləri şirkətləri Azərbaycanla müxtəlif sahələrdə tərəfdaşlığa maraq göstərir.
FED.az xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Eli Kohen iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə bildirib.
Mikayıl Cabbarov isə bildirib ki, İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə işlər davam edir.
Xəbər verildiyi kimi, İsrailin xarici işlər naziri Azərbaycan-İsrail Birgə Komissiyasının həmsədri Eli Kohen Bakıda səfərdədir.
FED.azın məlumatına görə, israilli naziri 20-yə yaxın İsraild şirkətinin nümaynədəsi müşayiət edir. Bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin xarici işlər naziri Eli Kohen ilə görüşüb.
Görüşdə Mikayıl Cabbarov Azərbaycanla İsrail arasında yüksək səviyyəli əlaqələri vurğulayıb. Bir qədər əvvəl Azərbaycanın İsraildə səfirliyinin açılması münasibətlərin daha da gücləndiyini göstərir.
İki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı da güclənir, Mikayıl Cabbarov bildirib ki, İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasındadır: «İsraillə qarşılıqlı investisiya, həmçinin, energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. Ötən il işgüzar dairələrimiz arasında əlaqələrin genişləndirilməsi istiqamətində fəal iş aparılıb. İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə işlər davam edir. İsrail şirkətləri ilə həmçinin, sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq edilir. İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır»-deyə nazir qeyd edib.
İqtisadiyyat naziri Azərbaycanın əlverişli işgüzar mühiti, azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq layihələri, sənaye zonalarının fəaliyyəti, Ələt Azad İqtisadi Zonasının imkanları barədə məlumat verib.
İsrailin xarici işlər naziri Eli Kohen ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə önəm verdiyini, İsrail şirkətlərinin müxtəlif sahələrdə tərəfdaşlığa maraq göstərdiyini qeyd edib, əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Görüşdə iki ölkə arasında əlaqələrin mövcud vəziyyəti və perspektivlər barədə müzakirələr aparılıb.