Azərbaycana gətirilən elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparaturaya tətbiq edilən idxal gömrük rüsumlarında dəyişiklik edilib.
FED.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
İndiyə qədər 1000 V-dan az gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün, və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparaturaya (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, əriyən qoruyucular, ildırım ötürücüləri, gərginlik məhdudlaşdırıcıları, gərginlik sıçrayışlarının söndürücüləri, cərəyan qəbulediciləri, cərəyan götürücüləri və digər birləşdiricilər, birləşdirici qutular) gömrük dəyərinin 5 faizi həcmində idxal gömrük rüsumu tətbiq edilib. Dəyişikliyə əsasən, bundan sonra 1000 V-dan çox gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün, və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparaturaya gömrük dəyərinin 5 faizi həcmində idxal gömrük rüsumu tətbiq olunacaq.
Əgər indiyə qədər 1000 V-dan çox gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparaturaya (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, rele, əriyən qoruyucular, gərginlik sıçrayışlarının söndürücüləri, ştepsel vilkaları və rozetkaları, elektrik lampaları üçün patronlar və digər birləşdiricilər, birləşdirici qutular, optik liflər, optik-lifli jqutlar və ya kabellər üçün birləşdiricilər) gömrük dəyərinin 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq edilibsə, bundan sonra 1000 V-dan çox olmayan gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparaturaya 15 faizi həcmində idxal gömrük rüsumu tətbiq olunacaq.
Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən belə bir qərar qəbul edib.