Azərbaycana xaricdən ətirlərin və tualet suyunun idxalı 25% azalıb.
FED,az xəbər verir ki, rəsmi məlumatlara görə, yanvar-sentyabr aylarında Azərbaycana xaricdən ətirlərin və tualet suyunun idxalı ötən illə müqayisədə miqdar baxımından 22,5%, məbləğ baxımından isə 1,9% azalıb.
Eləcə də bax: Azərbaycan şirkəti Dubaya - KOSMETİKA İXRACINA BAŞLAYIR
Belə ki, ilk 9 ayda ölkəyə xaricdən ümumi məbləği 12 milyon 848,3 min dollar olan 951 ton ətir və ya tualet suyu gətirilib.
Ölkəyə belə məhsullar ən çox Fransadan gətirilir. Yanvar-sentyabrda bu ölkədən Azərbaycana məbləği 5 milyon 41,31 min dollar olan 62,57 ton əti rvə tualet suyu gətirilib.
Digər iki idxalçıların sırasında: İtaliya (21,88 ton və $1 mln 374,62 min.), İspaniya (35,23 ton və $1 mln 308,78 min.), Türkiyə (140,9 ton və $1 mln 273,96 min.), Rusiya (162,52 ton və $1 mln 133,54 min) daxildir.