Bu gündən başlayaraq noyabrın 5-dək qtisadiyyat naziri, Azərbaycan və BƏƏ arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Dubay şəhərində səfərdə olacaq.
Eləcə də bax: Azərbaycanın ən çox ticarət etdiyi - Ərəb Ölkələri Açıqlandı
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat verir.
Məlumata görə, səfər çərçivəsində Komissiyanın 8-ci iclası və Azərbaycan İnvestisiya Forumu keçiriləcək, nümayəndə heyətinin BƏƏ-nin rəsmi və biznes nümayəndələri ilə görüşləri, xarici investisiyaların cəlbi baxımından əhəmiyyətli platforma hesab edilən və ölkəmizin investisiya imkanlarının da nümayiş olunduğu “Dubay Expo 2020” ümumdünya sərgisinə səfəri təşkil ediləcək.