Bu ilin ilk iki ayında rübündə Azərbaycandan ən çox məhsul ixrac etməklə ölkəyə böyük məbləğdə valyuta gətirən şirkətlər məlum olub.
Qızıl 1-ci, fındıq 2-ci, mis filizləri 3-cü yeri tutub - Qeyri-neft sektoru ixracı üzrə yeni rəqəmlər
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) 2026-cı ilin mart ayı üzrə “İxrac icmalı”nda əksini tapıb.
İcmala əsasən, ümumilikdə cari ilin yanvar-fevral ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dolları təşkil edib.
2026-cı ilin yanvar-fevral ayında yeyinti məhsulları üzrə ixrac 30,5% artaraq 200,6 milyon ABŞ dollarına bərabər olub.
Yanvar-fevral aylarında aqrar məhsullar üzrə ixrac 34,6% artaraq 160,9 milyon ABŞ dolları, aqrarsənaye məhsulları üzrə ixrac 22% artaraq 52,5 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrarsənaye məhsullarının birgə ixracı 31,2% artaraq 213,4 milyon ABŞ dolları təşkil edib.
Yanvar ayında ölkədən qeyri-neft ixracının 304 milyon manatı, yəni 52,3%-i 20 şirkətin payına düşüb. Bunlardan 10-u ən çox ixrac edən dövlət, digər 10 şirkət isə ən çox ixrac edən özəl şirkətlərdir.
Özəl şirkətlərin ilk 10-luğu dövlət şirkətlərindən daha çox məhsul ixrac edib.
Azərbaycandan ən çox məhsul ixrac edən özəl və dövlət şirkətləri aşağıdakılardır.

















