Bu ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 190 ölkəsindən 2 138,7 min və ya 2018-ci ilin analoji dövrü ilə müqayisədə 8,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
FED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
Eləcə də bax: Azərbaycana gələn əcnəbilərin bank kartları ilə aparadıqları əməliyyatlar - ARTIB
Onun sözlərinə görə, bu ilin avqust ayında ölkəyə gələn xarici vətəndaşların sayı 13,2% artıb və onların bank kartları vasitəsi apardıqları əməliyyatları 137,4 mln. manat təşkil edib: "Ümumilikdə, 2019-cu ilin yanvar-avqust ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 862,9 mln. manat təşkil edib".
Apa