"Coca-Cola şirkəti fəaliyyət göstərdiyi dövr ərzində (2017-ci il daxil olmaqla) şirkət Azərbaycan iqtisadiyyatına $150 mln. investisiya qoyub, dövlət büdcəsinə vergi ödənişləri $250 mln. məbləğində olub".
FED.az xəbər verir ki, bunu Coca-Cola şirkətinin Qafqaz regionu üzrə yeni meneceri Adrian Çernauta bildirib.
Adrian Çernautan qeyd edib ki, "Azerbaijan Coca-Cola Bottlers" şirkətində birbaşa 300 nəfər işləyir, dollayı yolla işlə təmin edilənlərin sayı isə 3000 nəfərə yaxındır.
Coca-Cola Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Şirkətin Azərbaycanda tərəfdaşı, "Azerbaijan Coca-Cola Bottlers" MMC-dir.
"Azerbaijan Coca-Cola Bottlers" MMC "Coca-Cola İçecek A.Ş. (CCI) şirkətinə bağlıdır. "Coca-Cola İçecek A.Ş. (CCI)" "The Coca-Cola Company (TCCC)" markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsalı və satışını həyata keçirir. "CCI" - Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan, Türkmənistan, İordaniya, İraq, Suriya və Tacikistanda fəaliyyət göstərir.
"Azərbaycana 150 milyon dollar sərmayə yatırıb, 250 milyon dollar vergi ödəmişik"
14:46
20 İyul 2018