ildən Milli Məclsin bugünki plenar iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik müzakirə olunaraq təsdiqlənib.
Məlumata görə qanunun 4-cü maddəsinə edilən əlavəyə əsasən, bu qanunda nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin bir neçə dövlət orqanı tərəfindən vahid məkanda, innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsini təşkil edən müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda xidmətlərə görə ödənilən dövlət rüsumlarının 50%-i müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür, qalan hissə isə dövlət büdcəsinə ödənilir.
"Dövlət rüsumu haqqında" qanuna digər dəyişikliklə 3 maddə əlavə edilib ki, həmin əlavələrə əsasən, investisiya layihələrini "Tik-idarə et-təhvil ver" modelinə uyğun həyata keçirən investorlar "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanuna əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.
Sözügedən oxşar maliyyələşdirmə modeli körpülərin, tunellərin, su hövzələrinin, kanalizasiya sistemlərinin , xəbər və konfrans mərkəzlərinin, təhsil ocaqlarının, mədəniyyət obyektlərinin, səhiyyə, turizm, kommersiya təyinatlı binaların, topdansatış bazarlarının, fabrik və oxşar obyektlərin, idman mərkəzlərinin, yataqxanaların, istirahət və əyləncə parklarının, qoruqların, sənaye, texno və aqroparkların, yüksək texnologiyalara əsaslanan avtomatlaşmış idarəetmə sistemlərinin, istehsalar müəssisələrinin, elektrik enerjisinin paylaşdırılması, satışının, şosse, magistral yolların, dəmiryollarının, mülki hava limanlarının, dəniz limanlarının, logistika mərkəzlərinin, avtovağzalların, metro xətləri və stansiyalarının, xüsusi iqtisadi zonaların və s.-nin tikintisi zamanı təklif olunur.
BOT modeli çərçivəsində imzalanmış müqavilənin qüvvədə olma tarixi 49 ildən artıq ola bilməz.