Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İKT sahəsində fəaliyyət göstərən şirkətlərə müraciət edib.
Azərbaycan sahibkarları və startapları “Bilişim Vadisi Bakı”nın imkanlarından - İSTİFADƏ EDƏ BİLƏCƏK
KOBİA-dan FED.az-a bildirilib ki, Bakıda fəaliyyətə başlayacaq Türkiyənin texnologiya və innovativ həllər təklif edən şirkətləri ilə yerli sahibkarlar arasında iyulun 13-də “B2B” görüş təşkil ediləcək. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyənin Kiçik və Orta Müəssisələrin İnkişafı və Dəstəklənməsi Təşkilatının (KOSGEB) tərəfdaşlığı, Bilişim Vadisi Bakı və KOB Subyektləri və Klubları Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə keçiriləcək görüşün əsas məqsədi iki ölkə sahibkarları arasında əməkdaşlığın inkişaf etdirilməsidir.
Görüşdə yalnız qeydiyyatdan keçmiş və iştirakı təsdiq edilmiş sahibkarlar iştirak edə bilərlər