Azərbaycan və Türkiyə Bakıda keçiriləcək strateji əməkdaşlıq üzrə sammit zamanı güzəştli ticarət haqqında saziş imzalayacaq.
Eləcə də bax: Ərdoğan: “Azərbaycanın inkişafına fayda verməyə - DAVAM EDƏCƏYİK”
Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandır.
FED.az xəbər verir ki, səfər zamanı ümumilikdə ticarət, müdafiə, idman və digər sahələr üzrə 9 sazişin imzalanması gözlənilir.
Güzəştli ticarət sazişində qarşılıqlı gömrük güzəştlərinin və 15 müxtəlif məhsula güzəştlərin nəzərdə tutulduğu qeyd olunur.
Report