Azərbaycan və Səudiyyə Ərəbistanı iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsində maraqlıdır.
Azərbaycan Əbu-Dabi Limanlar Qrupu ilə - DANIŞIQLAR APARIB
FED.az İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bu məsələ qurumun İdarə Heyətinin sədri Orxan Məmmədovun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bu ölkənin Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (MONSHAAT) rəhbəri Sami İbrahim Əlhüseyni ilə görüşündə müzakirə olunub.
Tərəflər iki ölkənin KOB-larının əməkdaşlığının genişləndirilməsi imkanlarını nəzərdən keçirib, ticarət əlaqələrinin inkişafında KOB subyektlərinin roluna, Azərbaycana investisiya qoyuluşuna və bu sahədə KOBİA-nın xarici iş adamlarına göstərdiyi dəstəyə dair fikir mübadiləsi aparıb.