"Azərbaycan və Rusiya milli valyutalarla apardıqları hesablaşmaları daha da artırmaq imkanına malikdirlər".
FED.az “TASS”a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunun nəticələrini şərh edən qonşu ölkənin iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov jurnalistlərə bildirib.
“İki ölkə artıq bəzi əmtəə qruplarına dair hesablaşmaları milli valyutalarla aparır. Belə hesablaşmalar üçün bütövlükdə institutsional şərait yaradıldığı üçün bu sahədə geniş potensial görürük”.
Nazir müavini Azərbaycanda "VTB Bank"ın, Rusiyada isə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin fəaliyyət göstərdiyini də vurğulayıb.
Azərbaycan və Rusiya milli valyutalarla hesablaşmaları artıra bilər
21:50
27 Sen 2018