Azərbaycan və Adıgey sahibkarları birgə müəssisələrin yaradılması perspektivlərini müzakirə edəcəklər
Aprelin 26-da Bakıda Azərbaycan və RF-nin Adıgey Respublikasının iş adamlarının biznes forum keçiriləcək.
FED.az bu barədə Adıgey İxraca Dəstək Mərkəzinə istinadən məlumat verir.
“KOB” Korporasiyası SC Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə Rusiya və Azərbaycanın kiçik və orta sahibkarlıq subyektlərinin əməkdaşlığının möhkəmlənməsi məqsədilə “KOB sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı: yeni çağırışlar və rəqəmsal həllər” mövzusunda təmaslar birjasının keçirilməsini planlaşdırır”, - məlumatda qeyd olunur.
Mümkün onlayn iştirak imkanı ilə B2B danışıqlar keçiriləcək.
Aşağıdakı istiqamətlər üzrə üç tematik biznes-sessiya təşkil olunacaq: kənd təsərrüfatı və ərzaq malları, gözəllik və sağlamlıq üçün mallar, tikinti materialları və avadanlıq.
“Həmçinin, iştirakçılar danışıqlar zamanı Rusiya və Azərbaycan bazarlarına çıxış imkanlarını və birgə müəssisələrin yaradılması məsələlərini müzakirə edəcəklər. Tədbirdə iştiraka respublikanın sahibkarları dəvət olunurlar”, - Mərkəz məlumat verir. (İnterfaks- Azərbaycan)