Azərbaycan əczaçılıq sahəsində əməjdaşlığa dair bir sıra Ukrayna şirkətəri ilə danışıqlar aparır. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynanın baş nazirinin I müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubiv ilə görüşdə Azərbaycan və Ukrayna arasında əlaqələrin iqtisadiyyatın müxtəlif sahələrini əhatə etdiyi qeyd edilib.
“Əməkdaşlıq perspektivlərinə gəlincə, Ş.Mustafayev qeyd edib ki, Ukrayna iş adamları Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya yatıra, Pirallahı Sənaye Parkında investorlar üçün yaradılmış imkanlardan və güzəştlərdən yararlanmaqla əczaçılıq sahəsində birgə müəssisə yarada bilərlər. Artıq əczaçılıq sahəsində birgə əməkdaşlığa dair Ukraynanın bir sıra şirkətləri ilə danışıqlar aparılır”, - deyə məlumatda deyilir.
Nazir həmçinin bildirib ki, maşınqayırma sahəsində əməkdaşlıq imkanları genişdir. Bundan başqa, kənd təsərrüfatı məhsullarının emalı, qida sənayesi, tikinti materiallarının istehsalı sahələrində də əməkdaşlıq üçün geniş perspektivlər mövcuddur.
S.Kubiv qeyd edib ki, Azərbaycan Ukraynaya fındıq, meyvə və tərəvəz, xüsusilə də xurma, çay, şərab, üzüm, tütün, pambıq lifi, polietilen, metanol, alüminium ixrac edə bilər.