“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifqı və Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə 2020-ci il iyul ayının 25-i “Azərbaycan-Türk İş Adamları Forumu” həyata keçirilib.
Eləcə də bax: Azərbaycan və Özbəkistan arasında onlayn - BİZNES-FORUM KEÇİRİLİB
FED.az xəbər verir ki, forumun əsas məqsədi gənc sahibkarlara, start-up yaradıcılarına məlumat mübadiləsi və əməkdaşlıq imkanı yaratmaq, ikitərəfli yaxud çoxtərəfli strukturlaşmış və keyfiyyətli ticarət-biznes əlaqələri dəstək olmaq, ölkədaxili və ölkəxarici ticarət əlaqələrini gücləndirmək olub.
Virtual forum çərçivəsində həyata keçirilmiş görüşdə toplam 80 (Azərbaycandan 40, Türkiyədən 40) şirkətin nümayəndələri iştirak etmişdir, Forumda əsasən turizim, inşaat, tekstil, ekologiya (yaşıl enerji), enerji, qida sənayesi, ictimai iaşə, multimedia, təhsil və konsaltinq, Ekspo-Türkiyə, hüquq, media, logistika, neft sektorları üzrə fəaliyyət göstərən şirkətlər iştirak edib.
Layihədə iştirakçı qismində qatılanlanlar tədbir nəticəsində bizneslərini və əlaqələrini ölkədaxili və ölkəxarici genişləndirməsi, Türkiyə bazarına çıxış şansı, Potensial investorlarla əlaqə yaratmaq imkanı qazanıblar.
Eyni zamanda, tədbirdə Azərbaycandan Kiçik və Orta Biznesin İnkişafı AgentliyininBeynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Elnur Əskərov, Türkiyədən MÜSİAD İdarə heyətinin üzvü Davut Altunbaş məruzəçi qonaq qismində iştirak ediblər.
Qonaqlar çıxışlarındamüxtəlif biznes istiqamətləri üzrə cari yeniliklər, Azərbaycanda və Türkiyədə pandemiya dövründə yaranmış problemlər, imkanlar və dövlət tərəfindən sahibkarlara göstərilən dəstəklərlə bağlı məlumatlar vermiş, həmçinin post-pandemiya dövründə biznesin inkişaf mərhələləri üzrə tezislər paylaşmış, daha sonra iştirakçıların suallarını cavablandırıblar.
Forumun rəsmi dilləri Azərbaycan və Türk dilləri olub.
Forumun ikinci hissəsi İş adamları arası B2B görüş formatında davam edəcək.