Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarlara müraciət edib.
FED.az xəbər verir ki, KOBİA-dan bildirilib ki, aprelin 20-də "Azərbaycan-Türkiyə iş adamları forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda onlayn tədbir keçiriləcək. Forumda Azərbaycan və Türkiyənin mikro, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.
Qeydiyyat üçün: https://forms.gle/trYYq4a2wBbr8EWe6
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, İctimai Şuranın təşkilatçılığı və "MÜSİAD Azərbaycan"ın tərəfdaşlığı ilə keçiriləcək forumda iştirak etmək istəyən sahibkarlar və ya tədbirlə bağlı sualı olanlar aşağıdakı telefon nömrələrinə müraciət edə bilərlər: (+994) 50 7117077, (+994) 50 2277077(AZERTAC)