Biznes

Azərbaycan-Türkiyə - İQTİSADİ KOMİSSİYASININ İCLASI KEÇİRİLƏCƏK

Azərbaycan-Türkiyə - İQTİSADİ KOMİSSİYASININ İCLASI KEÇİRİLƏCƏK | FED.az
15:44 12 Sentyabr 2019

Sentyabrın 16-da Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçiriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, iclasa Azərbaycan Baş Naziri, Azərbaycan tərəfdən Komissiyanın həmsədri Novruz Məmmədov və Türkiyə Vitse-Prezidenti, Türkiyə tərəfindən Komissiyanın həmsədri Fuat Oktay rəhbərlik edəcək.

Eləcə də bax: Türkiyədə qeydiyyatdan keçən Azərbaycan kapitallı - ŞİRKƏTLƏR ARTIR

İclasda hər iki tərəfdən Komissiya üzvləri olan nazirlik, qurum və digər təşkilatların nümayəndələri iştirak edəcəklər. Görüşdə hər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin mövcud vəziyyəti, genişləndirilməsi və iqtisadi münasibətlərin davamlılığının təmin olunması ilə bağlı məsələlərin müzakirə olunması nəzərdə tutulmuşdur.

Hazırda Hökumətlərarası Birgə Komissiyanın gündəliyində dayanan məsələləri razılaşdırmaq üçün Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri Azərbaycan tərəfdən tərəfdaşları ilə hazırlıq işləri aparırlar.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya 2 noyabr 1992-ci ildə Ankarada imzalanan “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq saziş”inə uyğun olaraq yaradılmışdır. Bu günədək Komissiyanın 7 iclası keçirilib. Avqust ayının sonlarından başlayaraq Birgə Hökumətlərarası Komissiyanın ayrıca informasiya resursu – “Twitter” hesabı (@AzTurCom) fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən yaradılan bu rəsmi hesabda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən, iki qardaş ölkənin əlaqələri ilə bağlı məlumatlar paylaşılır.

Digər xəbərlər