Azərbaycan və Türkiyə avtomobil nəqliyyatı ilə tranzit daşımalar haqqında elektron informasiya mübadiləsi sistemi yaradılması barədə saziş imzalayıblar.
Sənəd bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Türkiyənin gömrük və ticarət naziri Bülənt Tüfənkçi tərəfindən imzalanıb.