Mayın 5-də Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçiriləcək. Bu barədə AZPROMO-dan məlumat verilib.
Azərbaycan Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, iki ölkə arasında mal dövriyyəsinin həcmi 2017-ci ilin birinci rübündə təxminən 553 milyon dollara çatıb.
İl ərzində isə iki ölkə arasında mal dövriyyəsi iki dəfədən çox artıb.