“Azərbaycan-Slovakiya biznes forumunda ikitərəfli iqtisadi əlaqələrin səmərəsini yüksəldən birgə fəaliyyət istiqamətlərinin genişləndirilməsi, ticarət, energetika, sənaye, nəqliyyat, turizm sahələri üzrə tərəfdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük”.
"Bizim əsas məqsədimiz iqtisadiyyatın şaxələndirilməsidir”
FED.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesablarında paylaşımında iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
Nazir əlavə edib ki, forumda ölkələrimizin investisiya imkanlarının dəyərləndirilməsi, biznes subyektləri arasında əməkdaşlığın və qarşılıqlı sərmayələrin təşviqi barədə müzakirələr aparılıb.