Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azərbaycan") Azərbaycan, Belarus, Gürcüstan və Ukraynadan olan kiçik və orta biznes nümayəndələri arasında keçirdiyi sorğu nəticəsində məlum olub ki, şirkətlərin əksəriyyəti Almaniya bazarına çıxmaq istəyir.
Eləcə də bax: Almaniyada 234 Azərbaycan vətəndaşı tibb bacısı və xəstə baxıcısı kimi - İşləyəcək
FED.az bu barədə Palatanın hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, kənd təsərrüfatı şirkətlərinin 89 %-i, turizm şirkətlərinin isə 92 %-i gələcəkdə Almaniya bazarına girmək, yaxud bu bazardakı iştirakını genişləndirmək niyyətindədir.
Şirkətlər uyğun iş ortaqları tapmaq üçün, ilk növbədə, nümayəndələrin səfərlərinə və ticarət yarmarkalarında iştiraka önəm verirlər.
Peşə Təhsili Təliminin alman standartlarına uyğun olaraq həyata keçirilməsi, şirkətlərin əksəriyyəti üçün sektorlarını stimullaşdırmaq üçün mümkün bir uğur faktoru olaraq qəbul edilir.
Palatanın hesabatında həmçinin şirkətlərin təsisçilərinin qarşılaşdıqları əsas problemlərə də yer ayrılıb.
"Görünən odur ki, kişi və qadınların hüquqi baxımdan bərabər şəkildə bir şirkət qurmaq imkanları mümkündür. Sorğuda iştirak edənlərin də 75 %-i bunu təsdiq edib.
Maliyyənin çatışmazlığı, zəif infrastruktur, bürokratiya və sahə üzrə bacarıqların çatışmazlığı həm kişi, həm də qadın təsisçilər üçün ən böyük çətinliklərdir. Buna baxmayaraq respondentlərin 88 %-i hələ də qadın sahibkarlığı ilə bağlı qaydaların təkmilləşdirilməsinə ehtiyac olduğunu düşünür", - hesabatda qeyd olunub.(Report)