Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rüstəm Soli ilə görüşüb.
FED.az xəbər verir ki, bu barədə Tacikistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, görüşdə Azərbaycan şirkətlərinin Tacikistanda birgə müəssisələrin yaradılması ilə bağlı müzakirələr aparılıb.
Məlumatda deyilir ki, tərəflər birgə layihələrin inkişafı üçün qarşılıqlı əməkdaşlıq, iki ölkənin mütəxəssislərinin görüşlərinin təşkili, Azərbaycan şirkətlərinin Tacikistan ərazisində birgə müəssisələrin yaradılmasında iştiraka cəlb edilməsi barədə fikir mübadiləsi aparıblar.
Bildirilir ki, görüşün məqsədi hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələləri müzakirə etmək olub. Həmçinin iqtisadi, ticarət, nəqliyyat-tranzit, investisiya və kənd təsərrüfatı sahələrində ikitərəfli əməkdaşlığın inkişafı məsələlərinə diqqət yetirilib. (Report)