Azərbaycan şirkətləri İsveçrəyə fındıq ixrac etməyi planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev məlumat verib.
"İsveçrədə Azərbaycan fındığına böyük maraq var, buna görə bu il İsveçrəyə ixrac missiyamız əsasən fındıq istehsalçılarından ibarət olacaq", - deyə o bildirib.
Vitse-prezidentin sözlərinə görə, hazırda tərəflər bu istiqamətdə əməkdaşlıqla bağlı danışıqlar aparırlar.
"Danışıqlar gedir. Məqsədlərimizdən biri də fındıq yığımı mövsümündə isveçrəli alıcılardan ibarət missiyanın Azərbaycana səfərini təşkil etməkdir", - deyə Y.Abdullayev qeyd edib.
“İnterfaks-Azərbaycan”