“İnşaat Konstruksiyaları Zavodu” ASC səhmdarları toplaşacaq.
FED.az xəbər verir ki, 20 fevral 2020-ci il saat 11.00-da Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 2 nömrəli ünvanda “İnşaat Konstruksiyaları Zavodu” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. ASC-nin 2019-cu ildəki maliyyə - təsərrüfat fəaliyyətinə aid hesabatı.
2. ASC-nin gəlirlə işləməməsinin səbəblərinin araşdırılması, yeni maliyyə mənbələrinin cəlb edilməsi və ya fəaliyyətinin dayandırılması barədə məsələnin müzakirəsi.
3. Təşkilati məsələ.
4. Digər məsələlər.
Yığıncaqda müzakirə olunacaq məsələlərə aid materiallarla ASC-nin inzibati binasında iş günləri saat 9.00-dan 18.00-dək ASC sədrinə müraciət etməklə tanış olmaq mümkündür.
Nəzərinizə çatdırırıq ki, ASC 2019-cu ili zərərlə başa çatdırmış, mənfəət olmamış və dividend hesablanmamışdır.