Balaxanı Sənaye Parkının rezidenti “Foriella MMC” Amerika Birləşmiş Ştatlarına mebel ixracına davam edir.
FED.az xəbər verir ki, “Foriella” MMC-nin Baş direktru Fərman İslamlının bildirdiyinə görə, pandemiya dövründə dayanmış ixrac yenidən bərpa edilib:
Eləcə də bax: Azərbaycana Türkiyədən gətirilən - Mebellər Artıb
“Amerika Birləşmiş Ştatlarına ixracımız 2019-cu ilin İyul ayında ilk nümünə konteneri göndərməyimiz ilə başladı. Sifarişçi keyfiyyəti təsdiqləndikdən sonra Noyabr ayında aktiv ixraca start verdik və pandemiya dövrünə kimi 10 kontener göndərdik. Pandemiya ilə əlaqədar olaraq ixrac 6 ay dayanmışdı. Artıq 5 iyuldan yenidən aktiv ixraca başlamışıq. ABŞ-da yeni bir müştəri ilə də razılaşmamız var və yeni müştərimizdən sifariş qəbul edilib”.
Xatırladaq ki, “Foriella” MMC Azərbaycanın ən böyük mebel ixracatdısıdır. Məhsulları yalnız alman istehsalı olan avtomatlaşdırılmış istehsal xəttidir.
“Foriella” MMC istehsal fəaliyyətini Bakı şəhərində yerləşən Balaxanı Sənaye Parkında və Masallı Sənaye Məhəlləsindəki fabriklərində, ümumilikdə 15 000 m2 istehsal sahəsində təşkil etmişdir.
“Perla” Foriella şirkətinə aid olan və 2018-ci ildən fəaliyyətə başlayan mebel brendidir. Şirkət bu brend adı altında Azərbaycanda ev mebeli istehsalı və satışını həyata keçirməkdədir.
“Perla” brendi altında yataq, qonaq, yumşaq, uşaq mebelləri, döşək və digər mebel məhsulları istehsal edilməkdədir. Firma çox geniş çeşidli məhsul portfeli ilə Azərbaycan Respublikasından başqa öz məhsullarını Amerika Birləşmiş Ştatları, Rusiya, Gürcüstan, Qazaxstan, Tacikistan, Qırğızıstan və digər ölkələrə ixrac edir. (Marja)