Türkiyənin məşhur ət restoran şəbəkələrindən Bonfilet-ə yeni şərik cəlb olunur.
FED.az xəbər verir ki, Bonfilet Et Sanayi ve Tic. A.Ş-nin bir hissəsi Azərbaycanın Pasha İnvestments şirkətinə satılır.
Eləcə də bax: Azərbaycanda restoranların dövriyyəsi 2 qat azalıb – RƏQƏMLƏR AÇIQLANDI
105 İLLİK KEÇMİŞİ VAR
1910-cu ildə ət işinə girən Akkoyun ailəsinin şirkəti olan Bonfilet, 1992-ci ildə ilk qablaşdırılmış ət və ət məhsulları istühsalına başlayıb, Bonfilet və Bonet markaları ilə lokal market rəflərində yer almağa başlayıb. Döner ve SteakHouse restoranları da bu şirkətə məxsusdur.
Bonfilet Et Sanayi ve Tic. A.Ş şirkəti satınalma ilə əlaqədar olaraq ölkənin Antiinhisar qurumuna müraciət edib. Müraciətdə həmçinin Azərbaycan investisiya şirkətinə bu şirkəti idarə etməyə icazə istənilib.
Qeyd edək ki, PAŞA İnvestments şirkəti Azərbaycan və regionda ən böyük şirkətlər qruplarından biri olan PAŞA Holding-ə daxildir.
Marja