Tacikistanın “Avesto Group” MMC və Azərbaycanın “Azkompozit” MMC tərəfindən Düşənbə şəhərində təsis edilən “Kompozit T. A” birgə müəssisəsinin açılış mərasimi keçirilib.
Azərbaycan Tacikistana yeni səfir - Təyin Edib - SƏRƏNCAM
FED.az xəbər verir ki, mərasimdə Tacikistan Prezidenti Emoməli Rahmon, ölkə parlamentinin və Düşənbə şəhərinin sədri Rustam Emoməli, “Azkompozit” MMC-in direktoru Rəsul Baxşəliyev və Azərbaycanın Tacikistandakı səfirliyinin əməkdaşları iştirak edib.
Tədbirdə Prezidentə məlumat verilib ki, tikintisinə 2019-cu ilin sentyabr ayında başlanan şirkətdə ildə uzunluğu 150 kilometr, diametri 300-3000 millimetr olan kompozit borular istehsal ediləcək. Müəssisədə 150 adam daimi iş yeri ilə təmin olunub. Yüksək keyfiyyətli borular daxili tələbatı ödəməklə yanaşı xarici ölkələrə də ixrac ediləcək.
Dövlət başçısı “Kompozit T. A” birgə müəssisəsinin istehsal sahələrinə baxıb, əməkdaşlara uğurlar arzulayıb.