“Azərbaycan şirkəti “Appolon Group” Səudiyyə Ərəbistan bazarına çıxmaq istəyir”.
FED.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Appolon Group”un meneceri Şamil Məmmədov bildirib.
Eləcə də bax: Azərbaycan ərəb ölkələrinə yumurta - İXRAC EDİB
O qeyd edib ki, Azərbaycan bazarında uzun illərdir ki, fəaliyyət göstərirlər: “Elektrik sistemlərinin, generatorların və mühərriklərin təmiri, yəni elektrik sahəsində ixtisaslaşmış şirkətik, BP və SOCAR-la yanaşı digər şirkətlərlə çalışırıq. Səudiyyə Ərəbistan bazarında imkanlar axtarmaqda məqsədimiz Azərbaycan təcrübəsini sözügedən ölkəyə aparmaqdır”.
Ş.Məmmədov vurğulayıb ki, Səudiyyə Ərəbistanın bazarına çıxmaq üçün bu gün Bakıda keçirilən "Xəzər bölgəsinin təchizat zəncirinin Səudiyyə Ərəbistanına genişlənməsi imkanları" ilə bağlı tədbirdə iştirak edirik: “Səudiyyə Ərəbistanının neft şirkəti - "Aramco" ilə görüşümüz olacaq. Növbəti mərhələdə isə Səudiyyə Ərəbistanın İnkişaf Fondu ilə əlaqə saxlayacağıq”.
Eləcə də bax: Ərəblərin Azərbaycanda yatırım etmək istədikləri – SAHƏLƏR VƏ RAYONLAR - AÇIQLANDI
Xatırladaq ki, bu gün Bakıda "Xəzər bölgəsinin təchizat zəncirinin Səudiyyə Ərəbistanına genişlənməsi imkanları” ilə bağlı tədbir keçirilib. Tədbirdə vurğulanıb ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Səudiyyə Ərəbistan arasında ticarət dövriyyəsinin dəyəri 10 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 33% çoxdur.