Noyabrın 21-də Serbiya hökuməti və Azərbaycanın “Azvirt” şirkəti arasında Ruma-Loznisa yolunun tikintisi barədə sənəd imzalanıb. İmzalanma mərasimində Serbiya Prezidenti Aleksandr Vuçiç də iştirak edib.
FED.az xəbər verir ki, dəyəri 467,5 milyon avro təşkil edən razılaşma üzrə Azərbaycan şirkəti 80 kilometrlik yolun tikintisini həyata keçirəcək. Rumadan Sabaçadək olan hissə şose, Sabaç-Loznisa hissəsi isə magistral yol kimi tikiləcək. Layihə üzrə həm də Sava çayı üzərindən körpünün tikintisi də nəzərdə tutulub.
Eləcə də bax: Azərbaycan şirkəti Serbiyada - YOL TİKƏCƏK
Serbiyanın İnşaat, Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib ki, bu, ölkənin avtomobil nəqliyyatının prioritet layihələrindən biridir. Layihənin həyata keçirilməsi üçün Serbiya büdcəsindən ayrılan vəsaitdən əlavə, Azərbaycandan alınacaq 210 milyon avro kredit də sərf olunacaq. Kredit müqaviləsi 2018-ci ildə imzalanıb.
Tikintiyə başlanılıb və 2023-cü ildə tamamlanması nəzərdə tutulub.
Azərtac