"Lənkəran Broyler” ASC-nin səhmdarlarının ümumi yığıncağı 3 yanvar 2019-cu il saat 11:00-da Lənkəran rayonu, Liman şəhərində cəmiyyətin inzibati binasında keçiriləcəkdir.
Eləcə də bax: Azərbaycan şirkətinə direktor - TƏYİN OLUNACAQ
FED.az xəbər verir ki, iclasın gündəliyinə cəmiyyətin tək başçı icra orqanının(sədrinin) seçilməsi; nizamnamənin yeni redaksiyada təsdiqi; cəmiyyətin ümumi yığıncağı və icra orqanı haqqında Əsasnamələrin təsdiqi; dividendlərin verilməsi qaydasının müəyyənedilməsi və digər məsələlər daxildir.
Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.
Əlaqə telefonu: (050) 328-25-94.“Lənkəran Broyler” ASC-nin icra orqanı