“Moskviçtexxidmət” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 20 may 2023-cü il saat 10.00-da Bakı şəhəri, Sumqayıt şossesi 4 nömrəli ünvanda keçiriləcəkdir.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyi:
1. Cəmiyyətin 2022-ci ilə aid maliyyə-təsərrüfat fəaliyyətinin yekunları haqqında.
2. Dividendlərin verilməsi haqqında.
3. Digər məsələlər.
Ümumi yığıncağın gündəliyinə aid məsələlərlə bağlı cəmiyyətə müraciət etmək olar.
Telefon- +99450-646-06-76.