27 mart 2026-cı il saat 11.00-da "Sumqayıt Sənayetikinti Avtonəqliyyat" ASC Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən inzibati binasında səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. “Sumqayıt Sənayetikinti Avtonəqliyyat” ASC-nin idarə heyətinin 2025-ci ilin yekunları və 2026-cı ildə görüləcək işlər haqqında hesabatı.
2. Müşahidə şurasının hesabatı.
3. Maliyyə–təftiş komissiyasının hesabatı.
4. 2025-ci təsərrüfat ilinin balansının, hesabatların təsdiq edilməsi və xalis mənfəətin bölüşdürülməsi.
5. Təşkilati məsələlər











