Ləğv prosesində olan “Azər-Maya” ASC-nin əmlakı səhmdarları arasında bölüşdürüləcək.
FED.az xəbər verir ki, 23 avqust 2022-ci il saat 12.00-da Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq küçəsi 3105-ci məhəllədə ləğv prosesesində olan “Azər-Maya” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda müzakirə olunan əsas məsələ ləğv prosesində olan “Azər-Maya” ASC-nin ləğvetmə balansınının və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq olunmasıdır.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatlarla (materiallarla) yığıncaq tarixindən əvvəlki üç iş günü ərzində cəmiyyətin ofisində Bakı şəhəri, Nərimanov rayonu, 11-ci Dağlıq küçəsi 3105-ci məhəllədə iş vaxtı tanış olmaq mümkündür.
Əlaqə telefonu: (012) 514-38-09
Qeydiyyat 23 avqust 2022-ci il saat 10.00-da başlayacaqdır. Səhmdarlar ümumi yığıncaqda iştirak etmək üçün şəxsiyyətlərini təsdiq edən sənədi, on¬ların nümayəndələri isə öz şəxsiyyətlərini təsdiqləyən sənədlə birlikdə notarial qaydada təsdiq olunmuş etibarnaməni təqdim etməlidirlər.