Azərbaycan Sənaye Korporasiyasına daxil olan “ASK Şüşə” zavodu «Coca-Cola» üçün butulka istehsalına başlayıb. FED.az-ın məlumatına görə, bu il “ASK Şüşə” zavodunda birinci istehsalat sexinin ikinci istehsalat xətti işə salınıb. İkinci istehsalat xəttinin işə salınması nəticəsində zavodun istehsal gücünün 90%-ə çataçağı, müəssisənin istehsal gücünün isə ildə 80-85 milyon şüşə tara təşkil edəcəyi və 50-60 yeni iş yerinin açılacağı nəzərdə tutulur.
Eləcə də bax:50 dollarla biznes qurdu - 5 min mağazası var
Bu günlərdə müəssisə ölkənin qeyri-neft sektorunun inkişafı üçün əhəmiyyət kəsb edən əməkdaşlığa başlayıb. Belə ki, ixrac potensialının genişləndirilməsi, məhsulların yeni bazarlara çıxarılması məqsədi ilə “ASK Şüşə” MMC Gürcüstan Respublikasında fəaliyyət göstərən “Coca-Cola Bottlers Georgia” JSC şirkəti ilə müqavilə imzalayıb.
Qeyd edək ki, bununla bağlı elan edilmiş müqavilə uğrunda 6 şirkət mübarizə aparıb.
Müqaviləyə uyğun olaraq «Cola» və «Fanta» məhsulları Azərbaycan Sənaye Korporasiyasının möhürü ilə nişanlanacaq.
Qeyd edək ki, artıq müvafiq qablar Coca Colanın Gürcüstandakı laboratoriyalarında bütün testlərdən keçmiş və əlavə olaraq, Türkiyə, Atlanta və İtaliyadan müvafiq təsdiqlər alınıb.