İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO və Azərbaycanın Çindəki ticarət nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın şərab və digər alkoqollu içkiləri aprelin 3-6-da Çendu şəhərində “2021 Spring TAOWINE” beynəlxalq şərab sərgisində, aprelin 7-9-da isə Çində alkoqollu içkilər sahəsində ən nüfuzlu beynəlxalq sərgi hesab edilən Çin qida və içkilər sərgisində (CFDF) “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdiriləcək.
Eləcə də bax: Azərbaycanda onlayn görüşdə - ŞƏRAB İÇİBLƏR – İLK DƏFƏ
FED.az xəbər verir ki, ardıcıl olaraq keçiriləcək iki sərgidə Azərbaycanın 13 şirkətinin məhsulları təqdim olunacaq. CFDF sərgisi Çində qida və içki məhsulları, “2021 Spring TAOWINE” beynəlxalq şərab sərgisində isə alkoqollu içkilər sahəsində ən nüfuzlu sərgilərdən hesab edilir. Bu, Azərbaycanın hər iki sərgidə ilk iştirakıdır. (Azərtac)