“Azərbaycan Sənaye Korporasiyası”nın iki şirkəti birləşdirilir.
FED.az xəbər verir ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus "ASK Aqro" MMC korporasiyanın digər şirkəti “ASK Tütün” MMC-nin ona qoşulması ilə əlaqədar yenidən təşkil edilir.
Xatırladaq ki, "ASK Aqro" 29 may 2018-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 690 073 manatdır, qanuni təmsilçisi Mürşid Kazımlı Aqil oğludur.
ASK Tütün” MMC isə 17 sentyabr 2021-c ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 1 648 675 manatdır, qanuni təmsilçisi Nizami Zamanov Əbdürəhim oğludur.